Top Apps

Search for any app

Tap.az

Publisher: Digital Classifieds OU
Price: Free
Rating:

App Rank History

Check out the download rank history for Tap.az in United States.

Rank History shows how popular Tap.az is in the iOS, and how that’s changed over time. You can track the performance of Tap.az every hour of every day across different countries, categories and devices.

Discover More After Free Registration!

App Store Optimization

Track top keywords for every app out there, as well as how an app’s search position is trending over time for the keywords that matter.

App Reviews and Ratings

Get important user feedback by exploring App Reviews and Ratings. Slice and dice by version, country, and date range, to discover bugs, track suggestions and improve your app.

Featured

Find out when and where apps have been featured in the different app stores for any day, country, device and section.

App Description

Tap.az layihəsi Azərbaycanda özəl elanlar üçün universal məkan təşkil etmək məqsədilə yaradılmış, ölkənin ən böyük elanlar saytıdır. Hər bir kəs Tap.az-dan istifadə etməklə geyim və mebeldən elektronika və avtomobilədək hər şeyi ala və ya sata, eləcə də müxtəlif xidmətləri təqdim edə və ya onlardan yararlana bilər.

Niyə məhz Tap.az tətbiqi?

Sürətli və rahatdır
Sadə interfeys, asan və qısa qeydiyyat və ödəniş prosesi, qabaqcıl filtrlər ilə rahat və sürətli axtarış sistemi, bəyəndiyiniz və ya daha sonra baxmaq istədiyiniz elanları "Seçilmişlər" bölməsinə əlavə etmək, istənilən məhsulu tez bir zamanda almaq və ya satmaq imkanı.

Sərfəli və effektivdir
Mağaza qiymətlərindən çox daha ucuz təkliflər, uyğun qiymətdə razılığa gəlmək imkanı, elanları irəlilətmək və daha çox istifadəçiyə çatmasını təmin etmək üçün sərfəli xidmətlər, artıq xərcləri minimuma, hətta sıfra endirməyin sevinci.

Təhlükəsiz və qənaətcildir
İstifadəçilərin geridönüşləri və daxili testlər əsasında daim yenilənir və təkmilləşdirilir, istifadəni daha rahat və sürətli edən, yeni funksiyalarla zənginləşdirilir, məlumatlarınızı məxfi saxlayır, smartfonun enerjisinə və mobil dataya (meqabaytlara) qənaət edir.

Populyar və bənzərsizdir
“Elan” dedikdə əksər yerli istifadəçinin ağlına ilk olaraq Tap.az gəlir. Milyonlarla istifadəçi, minlərlə elan, gün ərzində hər elana gələn yüzlərlə baxış və demək olar ki, istənilən şeyi tapmaq imkanı. Bir sözlə, Tap.az cibinizə yerləşən nəhəng ticarət mərkəzidir.

Ev və bağ üçün:
Təmir-tikinti işləri üçün lazım olan hər şey, mebel və digər interyer əşyaları, qab-qacaq və mətbəx ləvazimatları, məişət texnikası, bitkilər, bir sözlə, ev və bağınız ilə bağlı axtardığınız və ya satmaq istədiyiniz nəsə varsa, doğru ünvandasınız.

Daşınmaz əmlak:
Burada hər növ daşınmaz əmlakınızı rahatlıqla ala və ya qısa vaxtda sata bilərsiniz. Həmçinin Tap.az kiraye evler icarəyə verməyiniz və ya götürməyiniz üçün idealdır.

Elektronika:
Tap.az telefonlar və planşetlərdən çeşidli aksesuarlara qədər hər növ yeni və işlənmiş elektronika məhsulları üzrə çox sərfəli təkliflərin ünvanıdır – həm alıcılar, həm də satıcılar üçün sərfəli.

Nəqliyyat:
Tap.az avtomobil almaq və ya satmaq istəyənləri bir araya gətirir. Yeni və sürülmüş nəqliyyat vasitələrini əla qiymətlərlə alın və ya satın. Tap az masinlar üçün ehtiyat hissə və aksesuar alqı-satqısı cəhətdən də aktivliyi ilə seçilir.

Şəxsi əşyalar:
Tap az istifadəçiləri burada yeni və işlənmiş geyimlərini, aksesuarlarını və digər əşyalarını sataraq gəlir əldə edir, həmçinin itirdikləri və ya tapdıqları əşyalar barədə elanlar yerləşdirir.

Xidmətlər və biznes:
Tap.az-da təqdim olunan çoxsaylı xidmətlərdən yararlana və ya mütəxəssisi olduğunuz sahə üzrə xidmətlərinizi təklif edərək davamlı qazanc əldə edə bilərsiniz.

Hobbi və asudə:
Səyahətə çıxmağı planlayırsınız? Marka kolleksiyanıza yaxşı müştəri tapmaq istəyirsiniz? Bəs ürəyinizə yatan bir insanla tanış olmaq necə? Elədirsə, bura tam sizlikdir.

Uşaq aləmi:
Tap.az-da hər yaşda uşaqlar üçün axtardığınızı tapa və aktual olmayan uşaq əşyalarını sata bilərsiniz. Məhsullar mağaza qiymətlərindən daha sərfəli qiymətə təqdim olunur və qısa müddətdə alıcı tapır.

Heyvanlar:
Tap.az heyvanlar üçün yeni sahib tapmaq və ev heyvanı almaqda sizə yardımçı olacaq. Burada axtardığınız heyvan növlərini, onlar üçün müxtəlif qida, əşya və oyuncaqları tapa bilərsiniz.

İş elanları:
Tap.az-da hər gün yenilənən is elanlari ilə uyğun vakansiyaları tapa və ya işin sizi tapmasını sürətləndirə bilərsiniz. Şirkətlərin yerləşdirdiyi iş elanları 2021 mövsümü üzrə daim yenilənir, yüzlərlə şəxs isə axtardığı işi tapır.

Mağazalar:
Tap.az mağaza və şirkətlərə burada öz “filialını” açmaq imkanı yaradır. Bununla da həm daha sərfəli qiymət və üstün xiḑmətdən yararlanan müştərilər, həm də nəhəng platformadan əla nəticələr əldə edən sahibkarlar məmnun qalır.

App Store Optimization

What words do people use when trying to find an app? The right keywords can help an app to get discovered more often, and increase downloads and revenue. App Annie tracks millions of keywords so you can get more downloads for your app, and understand what keywords your competitors are using.

App Reviews and Ratings

Find out what users think of Tap.az by reading the reviews and checking the rating.

4.9

139 ratings

Mesajlar bölməsi

Hər şey əladı gözəldi mesajlar bölməsinin olması hər hansı satıcının nömrəsini whatsappa qeyd edib yazmaq uzun proses idi lakin harda necə yazacağımızı bilmirik elə bir xana tapmadım

Sep 08, 2021

Learn everything about millions of apps and what’s happening in the app industry with App Annie.